Bank Of Baku

“Bank Avrasiya”nın kredit portfeli kiçilib - HESABAT

“Bank Avrasiya”nın kredit portfeli kiçilib - HESABAT
# 19 iyul 2022 16:47 (UTC +04:00)

“Bank Avrasiya” ASC 2022-ci ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, yanvar-iyun aylarında “Bank Avrasiya”nın faiz gəlirləri 5,956 milyon manat (2021-ci ilin I yarısına nisbətən 1,7% çox), faiz xərcləri 870,9 min manat (4,8% az), xalis faiz gəlirləri isə 5,085 milyon manat (4,2% çox) təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1,373 milyon manata (31,3% çox), qeyri-faiz xərcləri 3,113 milyon manata (14,6% çox) yüksəlib.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 2,3 dəfə azaldaraq 3,180 milyon manata kimi endirib.
Son nəticədə “Bank Avrasiya” 2022-ci ilin birinci yarısında 165,1 min manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, bank 2021-ci ilin altı ayı üzrə 3,928 milyon manat xalis zərər açıqlamışdı.

2022-ci ilin iyulun 1-nə bankın cəmi aktivləri 9% artaraq 182,687 milyon manata çatıb. Bankın kredit portfeli isə 2,1% kiçilib. Belə ki, müştərilərə verilmiş xalis kreditlər 2021-ci ilin birinci yarısında 95,437 milyon manat olubsa, bu ilin eyni dövründə 93,619 milyon manata düşüb.
“Express Bank”da olduğu kimi, “Bank Avrasiya”nın da biznes kreditləri azalıb. Belə ki, bu dövrdə bankın biznes kreditləri 5,6% azalaraq 67,433 milyon manata düşüb.

Hesabat dövründə, bankın öhdəlikləri 15,7% artaraq 110,707 milyon manata, o cümlədən depozit portfeli 22% artaraq 61,294 milyon manata yüksəlib. “Bank Avrasiya”nın cəmi kapitatı isə 0,3% artaraq 71,980 milyon manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR