"Expressbank"ın maliyyə departamentinə yeni rəhbər seçilib.
Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Məlumata görə, Fuad Muradəliyev ötən həftədən etibarən "Expressbank"ın Maliyyə Departamentinin direktoru təyin edilib.
Qeyd edək ki, Fuad Muradəliyev may ayından etibarən "Bank of Baku"dan ayrılmışdı. O, 2021-ci ilin sonundan “Bank of Baku”nun İdarə Heyətinin üzvü və bankın baş maliyyə inzibatçısı olub.