"Bank of Baku"nun Müşahidə Şurasına təyinat olub

"Bank of Baku"nun Müşahidə Şurasına təyinat olub
# 29 mart 2024 14:26 (UTC +04:00)

"Bank of Baku"nun rəhbərliyində daha bir dəyişiklik olub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bankın İdarə Heyətinin keçmiş sədri Filiz Yunus Emre Müşahidə Şurasının üzvü seçilib. Qeyd edək ki, Filiz Yunus Emre bu ilin fevral ayında bankın İdarə Heyətinin sədrliyindən ayrılıb. Onu bu vəzifədə İdarə Heyəti sədrinin birinci müavini Həsən Quliyev əvəzləyib.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i "NAB Holdinq"ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i "Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR