2022-ci ilin aprelin 1-nə Azərbaycanda fəaliyyətdə olan kommersiya banklarının cəmi aktivləri 39 673,2 milyon manat, cəmi öhdəlikləri 34 731,7 milyon manat, balans kapitalı isə 4 941,5 milyon manat olub.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, ötən ilin əvvəli ilə müqayisədə bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 22%, 25,5% və 1,9 % artıb.