Bank Of Baku

Bankların aktivləri 10%-ə yaxın artıb

Bankların aktivləri 10%-ə yaxın artıb
# 02 aprel 2025 11:14 (UTC +04:00)

2025-ci ilin mart ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 561.7 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin mart ayının 1-i ilə müqayisədə 9.9% çoxdur.

Bankların aktivlərinin 27,592.4 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 16.8% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 48.9%-dən 51.5%-ə yüksəlib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 9.9% artaraq 46,748.4 milyon manata, o cümlədən depozit portfeli 8.2% artaraq 37 837 milyon manata çatıb. Bunun 14,525.4 milyon manatı fiziki, 23,311.7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11.7%, şirkətlərin banklardakı vəsaitləri isə 6.2% artıb.

Bank sektorunun balans kapitalı isə 10.1% artaraq 6,813.2 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR