“2021-ci ildə də Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf dinamikası davam edib”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məqsədilə Prezident “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə bağlı sərəncam imzalayıb: “Hökumət tərəfindən strategiya artıq təsdiq üçün təqdim olunub. Peyvəndləmə prosesinin artımı, sosial təcrid tədbirlərinin yumşaldılması nəticəsində ölkəmizdə iqtisadi fəallıq bərpa olunub”.