Bank Of Baku

Baş nazir: "Antiinflyasiya tədbirləri iqtisadi siyasətin mühüm istiqamətlərindəndir"

Əli Əsədov

© APA | Əli Əsədov

# 15 mart 2022 12:19 (UTC +04:00)

Antiinflyasiya tədbirləri hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib. Onun sözlərinə görə, sözügedən tədbirlər işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması məqsədi daşıyır.

Baş nazir bildirib ki, 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub: "Təsadüfi deyildir ki, 2021-ci ildə ölkəmizdə əvvəlki illə müqayisədə ortaillik inflyasiya 6,7%, illik inflyasiya isə 12% təşkil edib. Ümumi inflyasiyanın 60%-i ərzaq inflyasiyanın payına düşüb".

Ə. Əsədov qeyd edib ki, tədiyə balansının profisitli olması və qəbul edilmiş makro-fiskal çərçivə məzənnə dayanıqlığını dəstəkləyib, məzənnə sabitliyi inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib: "Antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR