Bank Of Baku

Baş nazir: Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarətin həcmi 460 milyon dolları keçib

Baş nazir: Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarətin həcmi 460 milyon dolları keçib
# 22 iyun 2023 12:45 (UTC +04:00)

Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və bütün sahələrdə əməkdaşlığıq uğurla inkişaf edir.

APA xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Alixan Smailov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğulayıb.

Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Ölkəmizin Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu söyləyən Baş nazir ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, bu il də bu dinamikanın davam etdirildiyini məmnunluqla bildirib və potensialın daha da artırılması üçün imkanların olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR