Bank Of Baku

Baş nazir: “Problemləri birdən-birə həll etmək mümkün deyil”

Əli Əsədov, Baş nazir

© APA | Əli Əsədov, Baş nazir

# 15 mart 2022 16:54 (UTC +04:00)

“Bu gün hökumətin Milli Məclis qarşısında hesabat verməsindən qürur hissi duyuruq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, millət vəkilləri öz seçicilərinin adından fikirlərini səsləndirirlər: "Çıxışlarda təriflər də, tənqidlər də oldu. Ancaq əsas məqam ondan ibarətdir ki, Milli Məclisin və hökumətin amalı birdir”.

Baş nazir qeyd edib ki, bütün problemləri birdən-birə həll etmək mümkün deyil: “Hər il yeni ilin büdcəsi qəbul ediləndən sonra məsələlər qaldırılır. Büdcənin icrası bizim vəzifəmizdir. Həyatda insanların tələbatlarına uyğun olaraq yeni xərclər formalaşır. Bu istiqamətdə bütün mümkün olan məsələlərə baxılacaq və lazım olan tədbirlər görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR