Bank Of Baku

Belçikada inflyasiya 39 illik maksimuma çatıb

Belçikada inflyasiya 39 illik maksimuma çatıb
# 30 mart 2022 16:51 (UTC +04:00)

Mart ayında Belçikada inflyasiya səviyyəsi 8,3%-ə yüksəlib. Bu, 1983-cü ildən bəri ölkədə qeydə alınmış ən yüksək inflyasiya göstəricisidir. Belə ki, həmin il Belçikada inflyasiya 8,92% olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Belçikanın Statistika İdarəsinin hesabatında deyilir.

Yüksək inflyasiya son aylar ərzində artan enerji qiymətləri ilə bağlıdır. Enerji inflyasiyası 57,22% təşkil edib. Əvvəlki ayda bu göstərici 60,99% idi. Bundan əlavə, illik olaraq elektrik enerjisi 49,9%, təbii qaz isə 148,8% bahalaşıb.

"Mart ayında ən çox qiymət artımı avtomobil yanacağı, təbii qaz, meyvə, fərdi gigiyena məhsulları, avtomobillərin alışı, nəqliyyat vasitələrinə texniki qulluq və təmir, həmçinin təyyarə biletlərində qeydə alınıb", - hesabatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR