Beynəlxalq münasibətlər üzrə büdcə xərcləri 83% artırılıb

Beynəlxalq münasibətlər üzrə büdcə xərcləri 83% artırılıb
# 25 may 2024 12:10 (UTC +04:00)

2024-cü ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində beynəlxalq münasibətlər üzrə büdcə xərcləri 814 milyon 500 min manat proqnozlaşdırılıb.

APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu proqnoz cari ilin proqnozu ilə müqayisədə 369 milyon manat və ya 82.8% artırılıb.

Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR