BFB: Dövlət müəssisələrinin istiqraz həcmi 1,3 mlrd. manata qədər artırıla bilər

BFB: Dövlət müəssisələrinin istiqraz həcmi 1,3 mlrd. manata qədər artırıla bilər
# 19 sentyabr 2024 11:24 (UTC +04:00)

Bakı Fond Birjası (BFB) yeddi əsas strateji təşəbbüslə növbəti üç illik fəaliyyətini planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bunu BFB-nin yeni brendinq tədbirində qurumun İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.

O, bildirib ki, bunlardan dördü istiqraz, üçü isə səhm bazarı üzrədir:

"İstiqraz bazarı üzrə birinci təşəbbüs dövlət müəssisələrinin istiqraz buraxılışının təşviq olunmasıdır. Dövlət müəssisələri potensial olaraq istiqraz bazarına cəlb oluna biləcək müəssisələrdir. Birinci növbədə dövlət müəssisələrinin istiqraz bazarındakı dövriyyə payını artırmaqdan söhbət gedir. Növbəti üç ildə potensial olaraq dövlət müəssisələrinin istiqraz həcmi 1,3 milyard manata qədər artırıla bilər. İkinci təşəbbüs instusional investor kütləsininin istiqraz bazarına cəlb olunmasıdır. Korporativ strukturlarda sərbəst qalmış vəsaitlər var ki, onların yatırım formasında bazara cəlb olunması mümkün olan istiqamətdir. Bununla bağlı iş aparacağıq. Üçüncü təşəbbüs korporativ istiqraz buraxılışlarının təşviqidir. Korporativ istiqrazıların həcmində proqnozlaşdırıla bilən artım potensialı 1,5 milyard manatdır. Son təşəbbüs fərdi investorların istiqraz bazarında rolunun artırılmasıdır. Proqnozlaşdırıla bilən fərdi investor potensialı 280 min manatdır".

R.Xəlilov səhm bazarı ilə də bağlı nəzərdə tutulan üç təşəbbüsdən danışıb:

"Birincisi fərdi investorların səhm bazarında iştirakının asanlaşdırılmasına yönəlik işlərin aparılmasıdır. İkinci təşəbbüs özəl müəssisələrin İlkin Kütləvi Təklif çıxışlarına həvəsləndirilməsidir. Özəl müəssisələrin səhm bazarı kapitalizasiyasının proqnozlaşdırıla bilən artımı 500 milyon manatdır. Sonuncu təşəbbüs İlkin Kütləvi Təklif akselerator proqramının işə salınmasıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR