Bu ilin yanvar-avqust tarixlərində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 637 300 777 manat təşkil edib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 127%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 596% artım müşahidə olunub.
Cari ilin avqust ayının son ticarət günü üzrə Birjanın kapitalizasiyası 4 110 755 566 manat təşkil edib.