BFB-nin dövriyyəsi kəskin artıb

BFB-nin dövriyyəsi kəskin artıb
# 11 dekabr 2023 11:39 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) 2023-cü ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 21 mlrd. 836 mln. 902,2 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 76% çoxdur.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı
üzrə ticarət həcmində 4%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 6% böyümə qeydə alınıb. Repo əməliyyatları üzrə 197% artım olub, o cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 450% artım qeydə alınıb.
2023-cü ilin noyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 mlrd. 904,14 min manat təşkil edib. Bu isə ötən ilin son ticarət günü ilə müqayisədə 22% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR