Qlobal ETF-lər (exchange traded funds – birja investisiya fondları) yanvarda 2,7 mlrd. ABŞ dolları dəyərində 46,3 ton qızıl alıb.
"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council – WGC) açıqlamasında deyilir.
ABŞ Federal Ehtiyat Sisteminin ayın sonuna doğru açıq-saçıq bəyanatları fonunda qızıl qiymətlərinin dinamikasının dəyişməsinə baxmayaraq, axının əsas drayveri qızıl qiymətlərinin güclənməsi və birjalardakı eniş olub, WGC izah edir.
Yanvarın sonunda qlobal ETF-lərdə qızılın həcmi 3 615,6 tona, dəyəri isə 208,9 mlrd. dollara bərabər olub.