Bank Of Baku

"Bitcoin"in dəyəri 47 min dolları keçib

"Bitcoin"in dəyəri 47 min dolları keçib
# 28 mart 2022 11:11 (UTC +04:00)

"Bitcoin"in dəyəri bu gündən başlayaraq aktiv şəkildə artmağa başlayıb və artıq 47 min ABŞ dolları səviyyəsini keçib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, "Binance" kriptovalyuta birjasında Bakı vaxtı ilə saat 09:11-də "Bitcoin"in dəyəri 5,9% artaraq 47,250 min dollar təşkil edib. "CoinMarketCap" portalının məlumatlna görə, "Bitcoin"in 20 birja üzrə orta qiyməti 5,69% artaraq 47,169 min dollara bərabər olub.

Qeyd edək ki, yanvar ayında "Bitcoin"in dəyəri 17% azaldığı halda, fevral ayında kriptovalyuta 12% bahalaşmışdı. Cari ayda "Bitcoin"in dəyəri bərpa olunmağa davam edir və mart ayı üzrə 8%-lik artım qeydə alınıb. Hazırda "Bitcoin"in bazar kapitalizasiyası 890,543 mlrd. dollar təşkil edir. Son 24 saatda isə 34,222 mlrd. dollarlıq "Bitcoin" ticarət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR