Bank Of Baku

Britaniya iqtisadiyyatı iyunda 1% böyüyüb

Britaniya iqtisadiyyatı iyunda 1% böyüyüb
# 12 avqust 2021 11:21 (UTC +04:00)

Bu ilin iyun ayında Böyük Britaniya iqtisadiyyatı aylıq müqayisədə gözləniləndən daha çox – 1% böyüyüb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, böyümənin əsas drayveri kimi may ayında COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından irəli gələn xidmət sektorunun sürətli artımı göstərilir. Xidmət sektoru iyunda aylıq müqayisədə 1,5%, təkcə qida və içki xidmətləri isə 10% artıb.

Sənaye sektoru neft yataqlarında gedən təmirinin uzanması nəticəsində 0,7% azalıb. Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatında bildirilir ki, cari ilin aprel-iyul aylarında ölkədə qeydə alınan ÜDM istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% artıb.

Qeyd edək ki, İngiltərə Bankının ("Bank of England") proqnozuna görə, Böyük Britaniya iqtisadiyyatı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə bu ilin sonuncu rübündə qayıdacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR