Bank Of Baku

Britaniya iqtisadiyyatının artım tempi 80 illik maksimuma çatıb

Britaniya iqtisadiyyatının artım tempi 80 illik maksimuma çatıb
# 11 fevral 2022 11:55 (UTC +04:00)

2021-ci ildə Böyük Britaniya iqtisadiyyatının artım tempi 7,5% təşkil edib ki, bu da 1941-ci ildə bəri qeydə alınan ən yüksək artım tempidir.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu göstərici "G-7" ölkələri arasında ən yüksək ÜDM artımıdır. COVID-19-un "Omicron" variantının yayılması səbəbindən ölkədə ÜDM dekabrda 0,2% azalıb.

İqtisadiyyatın kəskin illik artımı fonunda, İngiltərə Bankının ("Bank of England") artan inflyasiyanı cilovlamaq üçün daha qəti faiz artımına gedəcəyi gözlənilir.

Xatırladaq ki, pandemiya səbəbindən Böyük Britaniya iqtisadiyyatı 2020-ci ildə 9,4% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR