Bank Of Baku

Bu il Azərbaycana xaricdən pul köçürmələri 3 mlrd. manatdan çox azalıb

Bu il Azərbaycana xaricdən pul köçürmələri 3 mlrd. manatdan çox azalıb
# 26 dekabr 2023 13:57 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 267.4 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564.8 milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 58% və ya 3 milyard 131.4 milyon manat, banklardan xaricə köçürmələr isə 38.2% və ya 349.7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 5 milyard 398.8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 914.5 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR