2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ABŞ-la apardığı ticarət dövriyyəsinin həcmi 295,506 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 37,7% azdır.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ABŞ-a ixracı kəskin artaraq (3,5 dəfə) 33,729 mln. dollara çatıb. İdxal isə illik müqayisədə 43,6% azalaraq 261,777 mln. dollara enib.
Qeyd edək ki, bu ilin ilk yeddi ayında Azərbaycanın ABŞ ilə ticarətində 228,049 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2 dəfə azdır.