Bu ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı üzrə 1 064,1 milyon manatlıq toplam 340 layihə icra edilib.
“APA-Economics” bu barədə Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.
Belə ki, icra olunan layihələrin 182-si sosial, 76-sı nəqliyyat, 36-sı su təsərrüfatı və meliorasiya, 19-u müdafiə və hüquq-mühafizə, 11-i energetika və sənaye, 16-sı isə sair layihələr təşkil edib.