Cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,3 mlrd. manatlıq, o cümlədən 14,8 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
İçkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı 4,4% təşkil edib. Təkcə qeyd olunan dövrdə əhali tərəfindən içkilər və tütün məmulatları 1,17 mlrd. manat vəsait xərclənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% daha çoxdur.
Pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan malların dəyəri isə 3,8 mlrd manat və ya 16,9% daha çox olub.