Bank Of Baku

Bu il könüllü sığorta 29%, icbari sığorta isə 43.5% artıb

Bu il könüllü sığorta 29%, icbari sığorta isə 43.5% artıb
# 22 iyun 2023 11:45 (UTC +04:00)

2023-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 410 milyon 666,3 min manat, icbari sığorta növləri üzrə 155 milyon 767,7 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 29.1% və ya 92 milyon 600.9 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 43.5% və ya 47 milyon 195.2 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 47.2% artaraq 133 milyon 340.3 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 7% artaraq 41 milyon 95.9 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-may aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 32.5 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 5 ayında 28.5 manata bərabər olub. Bu ilin yanvar-may ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26.4 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 5 ayında 35.4 manata bərabər idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR