Bank Of Baku

Bu il məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə 2,2 mlrd. manat daxil olub

Bu il məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə 2,2 mlrd. manat daxil olub
# 18 avqust 2021 17:57 (UTC +04:00)

2021-cu ilin yanvar-iyul aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 218,2 mln. manat təşkil edib.

"APA-Economics"in Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb, daxilolmalar üzrə proqnoz 110,8% və ya 215,7 mln. manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% artaraq 1 386 mln. manat təşkil edib, proqnoz 113,8% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 76,4 mln. manat olub, proqnoz 110,5% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16% artaraq 55,3 mln. manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,9% icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR