Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1384 layihənin maliyyələşdirilməsinə 53,9 mln. manat güzəştli kredit verilib.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə 96,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
“Verilən kreditlər 1379 yeni iş yerinin yaradılmasına imkan verir”, - nazir qeyd edib.