Bank Of Baku

BVF AMB ilə uçot dərəcəsi ilə bağlı müzakirələr aparacaq

BVF AMB ilə uçot dərəcəsi ilə bağlı müzakirələr aparacaq
# 07 yanvar 2022 15:21 (UTC +04:00)

Monetar siyasətin yüksək inflyasiyaya düzgün reaksiyası çox vaxt inflyasiyanın mənbəyindən asılıdır və son dövrdə Azərbaycandakı qiymət artımında xarici amillər mühüm rol oynayıb.

Bunu "APA-Economics"ə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.

"Azərbaycan Mərkəzi Bankı (AMB) istənilən gələcək uçot dərəcəsi üzrə qərarlarında riskləri diqqətlə balanslaşdırmalıdır və biz bu məsələləri yaxın aylarda bankın rəsmiləri ilə müzakirə etməyi səbirsizliklə gözləyirik", - xanım Tamirisa bildirib.

Qeyd edək ki, AMB bundan əvvəl bildirmişdi ki, Azərbaycanda inflyasiyanın formalaşmasında monetar amillərin payı 10%-dən də aşağıdır və inflyasiya təzyiqləri əsasən qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1% təşkil edib. Bankın proqnozuna görə, dekabrda illik inflyasiya 11,4-11,9%-ə, ortaillik inflyasiya isə 6,3-6,6%-ə bərabər olacaq.

Ötən ilin son faiz qərarında AMB uçot dərəcəsini 7%-dən 7,25%-ə yüksəldib, faiz dəhlizinin aşağı həddini 6%-də saxlayıb, faiz dəhlizinin yuxarı həddini isə 8%-dən 8,25%-ə yüksəldib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR