Paşha Bank
Bank Of Baku

BVF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə proqnozlarını yaxşılaşdırıb

BVF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə proqnozlarını yaxşılaşdırıb
# 13 oktyabr 2026 08:35 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə 2026–2027-ci illərə dair proqnozlarını yüksəldib.

"APA-Economics" xəbər verir ki, bu barədə Fondun hesabatında qeyd olunub.

Yenilənmiş proqnozlara əsasən, 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsulun (ÜDM) 11,3%-ni, 2027-ci ildə isə 9,8%-ni təşkil edəcəyi gözlənilir.

BVF-nin may ayında açıqladığı əvvəlki proqnozlarda bu göstəricilər müvafiq olaraq 9,7% və 5,4% səviyyəsində qiymətləndirilirdi.

Beləliklə, Fond Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu 2026-cı il üçün 1,6 faiz bəndi, 2027-ci il üçün isə 4,4 faiz bəndi artırıb.

Qeyd edək ki, 2026-cı ilin birinci yarısında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 12,4%-i səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR