Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın da yerləşdiyi Orta Şərq və Mərkəzi Asiya regionunun iqtisadi artım proqnozunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatında bildirilib.
BVF region üzrə iqtisadi artım proqnozunu 2023-cü il üzrə 2,5%, 2024-cü il üzrə isə 3,2% müəyyən edib. Bu isə Fondun aprel proqnozu ilə müqayisədə müvafiq olaraq 0,4% və 0,3% azdır.
Regionda iqtisadi artımla bağlı proqnoz Səudiyyə Ərəbistanında iqtisadi artımın 2022-ci ildəki 8,7%-dən 2023-cü ildə 1,9%-ə qədər azalması ilə bağlıdır. 2023-cü il üçün reytinqin aşağı salınması əsasən Səudiyyə Ərəbistanın OPEC+ vasitəsilə əldə olunan razılaşmaya uyğun olaraq neft hasilatının azaldılması ilə bağlıdır. Ölkənin qeyri-neft sektorunda artımın isə davam edəcəyi bildirilib.