Bank Of Baku

BVF Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

BVF Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb
# 04 noyabr 2019 15:37 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Gürcüstanın 2020-ci il üçün iqtisadi artım proqnozunu azaldıb.

APA-nın yerli bürosu xəbər verir ki, qurum gələn il üçün Gürcüstanın iqtisadi artım tempi üzrə proqnozunu 4,8%-dən 4,3%-ə endirib.

Fond 2019-cu il üçün Gürcüstanın iqtisadi artım proqnozunu 4,6% səviyyəsində saxlayıb.

2019-cu ildə Gürcüstanın inflyasiya proqnozunu isə 7,2%-ə yüksəldilib.

Qeyd edək ki, Avropa İnkişaf Bankı (AİB) cari ilin sentyabrın sonlarında 2019-cu ildə Gürcüstan iqtisadiyyatının əvvəlki ilə nisbətən 0,3% azalaraq 4,7% təşkil edəcəyini proqnozlaşdırıb.

Proqnozun azalmasının səbəblərindən biri kimi bu ölkəyə qoyulan investisiyaların həcminin azalması göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR