Çində bir həftə davam edən ay təqvimi ilə Yeni il bayramı tətilində (31 yanvar – 6 fevral) nağdsız ödənişlərin həcmi 14,9 trln. yuana (təxminən 2,3 trln. ABŞ dolları) çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% çoxdur.
"APA-Economics"in məlumatına görə, bu barədə Çin Xalq Bankının açıqlamasında deyilir.
Həftəsonu ölkə üzrə təxminən 20,8 mlrd. nağdsız pul əməliyyatı qeydə alınıb. Bu göstəricinin illik ifadədə artımı 10% təşkil edib. Xərclər, demək olar ki, hər sahədə artıb: alış-veriş, ictimai iaşə, əyləncə, səyahət və istirahət. Məsələn, pərakəndə nağdsız ödənişlər 22,9%, qida sektorunda xərclər isə 29,6% artıb. Çində nağdsız ödənişlərin aparılması üçün əsas vasitələr "Alipay" və "WeChat" proqramlarıdır.