Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyətinə dair 4 xidmətə görə tarif müəyyən ediləcək

Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyətinə dair 4 xidmətə görə tarif müəyyən ediləcək
# 08 dekabr 2023 13:41 (UTC +04:00)

Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyətinə dair 4 xidmətə görə tarif müəyyən ediləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dəniz limanları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı aşağıdakı xidmətlərə görə tarif müəyyən ediləcək:

- gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi;

- dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili;

- gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi;

- gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR