Dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlar müəyyənləşir

Dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlar müəyyənləşir
# 08 dekabr 2023 13:41 (UTC +04:00)

Dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlar müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İ bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsi üçün 65 manat dövlət rüsumu alınacaq. Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi üçün də 65 manat dövlət rüsumları müəyyənləşir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR