Bank Of Baku

Bu il DGK xətti ilə dövlət büdcəsinə daxil olan vergi və rüsumların həcmi açıqlanıb

Bu il DGK xətti ilə dövlət büdcəsinə daxil olan vergi və rüsumların həcmi açıqlanıb
# 08 noyabr 2019 09:55 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 645 326,84 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur.

"APA-Economics"in DGK-yə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,5% artaraq 909 323,14 min manat olub.

Həmçinin, cari ilin yanvar-oktyabr ayları ərzində (ötən ilin eyni dövrü ilə müqayisədə) ƏDV üzrə daxilolmalar 21,4% artaraq 2 482 066,95 min manat, aksizlər üzrə 46,5% artaraq 217 321,88  min manat, yol vergisi üzrə daxilolmalar isə 14,2% artaraq 36 614,14 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR