Bank Of Baku

DGK xətti ilə büdcə daxilolmaları yanvarda 43% artıb

DGK xətti ilə büdcə daxilolmaları yanvarda 43% artıb
# 10 fevral 2022 15:51 (UTC +04:00)

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 403 952,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 42,9% çoxdur.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin yanvar ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% artaraq 94203,2 min manat təşkil edib.

Həmçinin, yanvar ayında ƏDV üzrə daxilolmalar illik müqayisədə 53,6% artaraq 297 713,8 min manata yüksəlib. Aksizlər üzrə bu göstərici yanvar aylarında illik 7,9% azalaraq 8383,4 min manat, yol vergisi üzrə daxilolmalar isə illik 32,1% artaraq 3652,3 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR