Azərbaycan Respublikası Hesablama Palatasının 2021-2022-ci illərdə həyata keçirdiyi 5 auditinin nəticəsi Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ATLAS-ında yerləşdirilib.
Bu barədə APA-ya Hesablama Palatasından xəbər verilib.
Qeyd edək ki, hazırkı vaxtadək DİM ATLAS-ında 50-dən çox ölkənin ali audit orqanı tərəfindən aparılan DİM üzrə auditlərin nəticələri və təkliflər öz əksini tapıb.