Dövlət büdcəsindən keçid və yeni layihələrə ayrılan vəsaitin həcmi məlum olub

Dövlət büdcəsindən keçid və yeni layihələrə ayrılan vəsaitin həcmi məlum olub
# 23 may 2024 11:05 (UTC +04:00)

Hesabat ilində də dövlət əsaslı vəsait qoyuluşu xərclərində keçid layihələrin məbləği büdcə zərfinə nisbətən artsa da, əvvəlki illə müqayisədə azalıb.

APA xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, bu layihələrin payı dövlət əsaslı vəsait qoyuluşu xərclərində əhəmiyyətli üstünlük təşkil edib. Dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitlərin bölgüsünə daxil edilmiş 490 layihədən 257-si keçid, 233-ü isə yeni layihə olub ki, bu layihələrin icrasına müvafiq olaraq 1969,9 mln.manat (74,1%) və 690,5 mln. manat (26%) vəsait yönəldilib. Büdcə zərfi ilə müqayisədə keçid layihələrin sayı 49 layihə, məbləği 724,5 mln. manat, yeni layihələrin sayı 230 məbləği isə 577,8 mln. manat artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR