Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4 342 mln. manat olub.
"APA-Economics"in Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, daxilolmalar üzrə proqnoz 124,4% icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar 3 183,9 mln. manat təşkil edib və proqnozdan əlavə büdcəyə 498,8 mln. manat ödənilib.