2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9% artaraq 15 milyard 480 milyon manat təşkil edib.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 6 ayında büdcənin xərcləri isə 8.7% artaraq 14 milyard 63,3 milyon manata yüksəlib.
Büdcə profisitinə gəlincə, 11.6% artaraq 1 milyard 416.7 milyon manata bərabər olub.