2023-ci ilin birinci yarımilliyində dövlət büdcəsinin gəlirləri 15479,9 milyon manat, xərcləri 14063,3 milyon manat olub.
"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Nəticədə büdcədə 1416,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 147,7 milyon manat və ya 11,6 faiz çoxdur.