Dövlət büdcəsinin profisiti 22%-dən çox azalıb

Dövlət büdcəsinin profisiti 22%-dən çox azalıb
# 16 may 2024 13:23 (UTC +04:00)

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 13 milyard 259,4 milyon manat təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında büdcənin xərcləri isə 20.4% artaraq 10 milyard 749,5 milyon manata yüksəlib.

Bu ilin ilk dörd ayında dövlət büdcəsinin profisiti ötən ilin eyni dövrünə nisbətən 22.4% azalaraq 2 milyard 509,9 milyon manata enib. 2023-cü ilin eyni dövründə bu rəqəm 3 milyard 235,2 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR