Bank Of Baku

Dövlət büdcəsinin profisiti 3,5 mlrd. manatı ötüb

Dövlət büdcəsinin profisiti 3,5 mlrd. manatı ötüb
# 06 avqust 2025 15:40 (UTC +04:00)

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23,48 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4% çoxdur.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, büdcənin xərcləri isə son bir ildə 2,5% artaraq 19,94 milyard manata yüksəlib.

Başqa sözlə, büdcə gəlirləri proqnozdan 3,1 % çox, büdcə xərcləri isə proqnozdan 1 % az icra edilib.

Ümumilikdə bu ilin ilk yeddi ayında dövlət büdcəsində 3,54 milyard manat profisit yaranıb. Son bir ildə büdcənin profisiti 13% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR