Dövlət büdcəsinin profisiti 52%-dən çox azalıb

Dövlət büdcəsinin profisiti 52%-dən çox azalıb
# 15 aprel 2024 12:32 (UTC +04:00)

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.4% artaraq 9 milyard 234,3 milyon manat təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin birinci rübündə büdcənin xərcləri isə 28.1% artaraq 8 milyard 412,6 milyon manata yüksəlib.

Bu ilin ilk rübündə dövlət büdcəsinin profisiti ötən ilin eyni dövrünə nisbətən 52.3% azalaraq 821,7 milyon manata enib. 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 723,0 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR