Bank Of Baku

Dövlət büdcəsinin tender xərcləri yanvar-iyunda 7,2% artıb

Dövlət büdcəsinin tender xərcləri yanvar-iyunda 7,2% artıb
# 10 avqust 2021 16:35 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2% və ya 330,1 mln. manat artaraq 4 918,8 mln. manat icra edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.

Malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı xərclər proqnoza nisbətən 5,9% və ya 306,8 mln. manat az icra edilərək illik proqnozun 47%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR