2025-ci il mart ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon ABŞ dolları) nisbətən 4,5% artaraq 62 740,2 milyon ABŞ dolları təşkil edib.
ARDNF -dən “APA-Economics”ə verilən məlumata görə, 2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 249,2 milyon manat, büdcə xərcləri isə 3 643,3 milyon manat təşkil edib.