Bank Of Baku

Dövlət Neft Fondunun aktivləri 55 mlrd. dollara yaxınlaşıb

Dövlət Neft Fondunun aktivləri 55 mlrd. dollara yaxınlaşıb
# 18 iyul 2023 17:08 (UTC +04:00)

2023-cü il iyunun 30-na Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 54 milyard 915,1 milyon ABŞ dolları təşkil edib.

"APA-Economics" bu barədə Fonda istinadən xəbər verir. Bu, ilin əvvəli ilə müqayisədə 12% çoxdur. Belə ki, 2023-ci ilin əvvəlində ARDNF-nin aktivləri 49 033,6 milyon ABŞ dolları) təşkil edib.

Fondan bildirilib ki, 2023-cü ilin ilk yarim ilində aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunub. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. Eyni zamanda, inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrin artmasını istisna etmir.

Qeyd edilib ki, aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gəlirlər töhfə verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR