Bank Of Baku

Dövlət qurumları PMS üzrə geniş əməkdaşlığa başlayıb

Dövlət qurumları PMS üzrə geniş əməkdaşlığa başlayıb
# 15 aprel 2022 17:25 (UTC +04:00)

Aprelin 15-də Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və peşəkar mühasib təşkilatları arasında Anlaşma Memorandumu imzalanıb.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, Anlaşma Memorandumunun məqsədi Peşəkar Mühasib Sertifikatı (PMS) üzrə imtahanların məzmunu və strukturunun təkmilləşdirilməsi, təbliğatı, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin geniş ictimaiyyətə birgə çatdırılması, eləcə də qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlıq imkanları yaratmaqdır.

Hazırda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin baş mühasiblərindən PMS almaları tələb olunur.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan PMS imtahanları ikimərhələlidir. Birinci mərhələdə namizədlərin mühasibat uçotu, ikinci mərhələdə isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə bilikləri yoxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR