Hesablama Palatası 2022-ci il İş Planına və Hesablama Palatası Kollegiyasının 2022-ci il 28 fevral tarixli qərarına əsasən, Mədəniyyət Nazirliyində dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair kənar dövlət maliyyə nəzarət tədbirləri həyata keçirilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, qeyd olunan tədbir çərçivəsində “Azərbaycanfilm” kinostudiyası tərəfindən dövlət sifarişi əsasında çəkilmiş filmlərə ayrılmış vəsaitlərin istifadəsinin auditi aparılır.