Dövlət Turizm Agentliyi 2022-ci ildə xarici ekspertlər və turizm nümayəndələri üçün tanışlıq turlarının təşkili xidmətlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
“APA-Economics” dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "STİ TRAVEL" MMC seçilib. Bu ilin dekabr ayının sonuna qədər olan dövrü əhatə edən müqavilə üzrə şirkətlə 1 209 257 manatlıq müqavilə imzalanıb.