Bank Of Baku

Dövlət Turizm Agentliyi 6 milyon manatlıq tenderin qalibini açıqlayıb

Dövlət Turizm Agentliyi 6 milyon manatlıq tenderin qalibini açıqlayıb
# 01 sentyabr 2022 09:40 (UTC +04:00)

Azərbaycan Dövlət Turizm Agentliyi 2022-ci il ərzində xarici ölkələrdə keçiriləcək tədbirlərdə turizmlə bağlı təşkilati işlər və reklam kampaniyasının həyata keçirilməsi xidmətlərinin satın alınması üzrə tenderə yekun vurub.

APA-Economics” dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Bakı Media Mərkəzi" MMC seçilib.

Tərəflər arasında bağlanan dörd aylıq müqavilənin dəyəri 6 milyon 30 min 258.89 manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR