Dövlət Xidməti 7 milyon manat vergi borcunun olmasına münasibət bildirib

Dövlət Xidməti 7 milyon manat vergi borcunun olmasına münasibət bildirib
# 24 may 2024 12:02 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 7 milyon manat vergi borcunun olması ilə bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Xidmətindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən vəsait 2011-2012-ci illərdə dövlət büdcəsindən ayrılmış əsaslı vəsait qoyuluşu hesabına tikilmış obyektlər üzrə yaranmış borcdur.

Qeyd edək ki, bir neçə gün öncə “APA-Economics”də Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Vergi Xidmətinə 6 991 660 manat borcunun olması barədə xəbər verilib. Hazırda Dövlət Xidmətinin vergi borcu 6 573 687 manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR